Öldürülən gəlinin anası: "Dedi qızını öldürüb evin altına atmışam" - VİDEO
Bizi izləyin

Qırmızı.az

Öldürülən gəlinin anası: "Dedi qızını öldürüb evin altına atmışam" - VİDEO

Astarada baş verən dəhşətli qətl hadisəsi bir ailəni başsız qoyub.

ANS TV-nin məlumatına görə, rayonun Kakalos kənd sakini, 36 yaşlı İsmayıl Əkbərov ailə münaqişəsi zəminində həyat yoldaşı, 31 yaşlı Aytən Nurullayevanı xüsusi amansızlıqla qətlə yetirib. Səhər saat 7 radələrində qardaşının eyni həyətdə yeni inşa etdirdiyi evinin talvarında arvadının həyatına son qoyan İsmayıl Astara rayon hüquq-mühafizə orqanlarına könüllü təslim olub. Qatil ər təslim olmazdan əvvəl uşaqları ilə vidalaşıb. Lənkəran rayonunun Şürük kəndində yaşayan qaynananasını məlumatlandırıb.

Öldürülən gəlinin anası Yılmaz Nurullayeva xəbəri eşidəndə şoka düşdüyünü dedi: “Mənə dedi ki, qızını öldürmüşəm qoymuşam Sadiqin evinin altında. Gedin baxın. Mən də maşın tutdum getdik. Gördük qızı öldürüb, üstünü örtüb”.

Öldürülən gəlinin qohumu Azad Həbibovun sözlərinə görə, İsmayıl Əkbərov dəmir alətlə Aytənin başına vurub, sonra bıçaqlayıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyini hər iki tərəf təsdiqləyir. Yaşadığı kənddəki qonşuları, həmçinin zərərçəkən tərəf belə baş verənlərdən şoka düşdüklərini, gunəmuzd işləməklə ailə dolandıran İsmayılı sakit, zəhmətkeş biri kimi tanıdıqlarını deyirlər.

Ər-arvad Nurullayevlərin 15 illik ailə həyatlarının bu tükürpədici, arzuedilməz sonluğu 6-cı və 3-cü siniflərdə oxuyan Aytacı, Samirəni, yaş yarımlıq Mikayılı taleyin ümidinə qoydu.

Qətlin təfərrüatlarını araşdıran Astara Rayon Prakurorluğunda hadisənin ailə münaqişəsi zəminində baş verdiyi, təsdiqlənsə də təfərrüatlara istintaq zamanı aydınlıq gətiriləcəyi bildirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm