Əfvin icrasına başlanıldı
Bizi izləyin

Qırmızı.az

Əfvin icrasına başlanıldı

Ədliyyə Nazirliyi Penitensiar Xidməti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrasına başlayıb.

Publika.az-ın məlumatına əsasən, Sərəncam ümumilikdə 96 nəfərə şamil edilib.

Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq sərəncam imzalayıb.

Qeyd edək ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin redaktoru Sərdar Əlibəyli, hüquqşünas Qurban Məmmədov, NİDA təşkilatının üzvləri Zaur Qurbanlı, Üzeyir Məmmədli, həmçinin İsmayıllı hadisələrinə görə həbs olunan 3, “Hicab aksiyası”nda həbs olunan 2 məhkum da əfv sərəncamından yararlana bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm