Bakının mərkəzində zəncirvari yol qəzası
Bizi izləyin

Qırmızı.az

Bakının mərkəzində zəncirvari yol qəzası

Bakının mərkəzində zəncirvari yol qəzası baş verib.

Hadisə şahidlərinin Trend-ə verdikləri məlumata görə, qəza Neftçilər prospektində qeydə alınıb.

Məlumata görə, yük maşını 3 minik avtomobili ilə toqquşub, daha sonra isə maneəyə çırpılıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, hadisə ilə əlaqədar təxminən 30 dəqiqə yolda tıxac yaranıb: "Hazırda sıxlıq aradan qaldırılıb və nəqliyyat vasitələri Neftçilər prospekti ilə sərbəst hərəkət edirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm