Ev yandı, azyaşlı uşağın meyiti tapıldı
Bizi izləyin

Qırmızı.az

Ev yandı, azyaşlı uşağın meyiti tapıldı

Dekabrın 29-da saat 16 radələrində Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ramana qəsəbə sakini Umud Əliyevə məxsus 2 otaqlı evdə yanğın baş verib.

Nəticədə 25 kvadratmetr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra U.Əliyevin azyaşlı qızı Zeynəbin yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm