Bakıda yanacaqdoldurma məntəqəsi partladı: ölən və yaralanan var
Bizi izləyin

Qırmızı.az

Bakıda yanacaqdoldurma məntəqəsi partladı: ölən və yaralanan var

Hadisəyə səbəb stansiyanın yeraltı qaz çənində qaz sızması olub

Bakının Xətai rayonunda partlayış baş verib. Partlayış Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun yanındakı "LUKOIL" şirkətinə məxsus yanacaqdoldurma stansiyasında meydana gəlib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xİdmətinin məlumatına görə, hadisəyə səbəb stansiyanın yeraltı qaz çənində qaz sızması olub.

Hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınının (BŞTTTYS) həkim briqadaları cəlb olunub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ şöbəsinin böyük həkimi Günel Əliyevanın Publika.Az-a verdiyi məlumata görə, hadisə yerinə iki briqada göndərilib.

Hadisə nəticəsində bir nəfər 23-24 yaşlı gənc ölüb. Bir nəfər isə vəziyyəti ağır olduğuna görə, Neyrocərrahiyə xəstəxanasına yerləşdirilib. Lakin həmin şəxs təcili yardım yox, yaxınları tərəfindən aparılıb.

Onların heç birinin şəxsiyyəti bəlli deyil. Təcili yardım briqadaları isə yenidən müraciət edən olarsa, onlara yardım göstərmək üçün hələ ki, hadisə yerindədirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm