• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Təhsil Nazirliyində baş redaktorlarla görüş keçirilidi

Təhsil Nazirliyində baş redaktorlarla görüş keçirilidi

Bu gün Təhsil Nazirliyində baş redaktorlarla görüş keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə "Publika.az" saytının baş redaktoru Amil Hacıyev, "Lent.az" saytının baş redaktoru Qabil Abbasoğlu, "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı, "Report" agentliyinin baş redaktoru Murad Əliyev, "Anspress.com" saytının redaktoru Azad Əliyev, "Azpolitika.az" saytının baş redaktoru Elnur Məhərrəmov, Lider TV-nin Xəbərlər Xidmətinin rəis müavini Günel Gözəlova, APA TV-nin redaktoru Vüqar Hüseynov, "Axar.az" saytının baş redaktoru Anar Niftəliyev və digər media rəhbərləri, o cümlədən təhsil ekspertləri iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov hər kəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, mətbuatla işgüzar əlaqələrindən məmnunluq ifadə edib.

Nazirliyin digər əməkdaşları da mətbuatla növbəti ildə əlaqələri daha da genişləndirmək niyyətlərini ifadə ediblər və təhsil təbliğatında, nazirliyin gördüyü işləri ictimaiyyətə çatdırmaqda və ictimai rəyin formalaşmasında birgə səylərin vacibliyini vurğulayıblar.

Sonda tədbir iştirakçılarına Təhsil Nazirliyinin hazırladığı hədiyyələr paylanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR