Zərdabda 25 yaşlı gəncin başını kəsdilər
Bizi izləyin

Qırmızı.az

Zərdabda 25 yaşlı gəncin başını kəsdilər

Zərdab rayonunda dəhşətli qətl hadisəsi törədilib.

Zərdab Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, rayonun Dəliquşçu kənd sakini, 25 yaşlı Rəşad İnşallah oğlu Zeynalovun meyiti başı kəsilmiş halda bu gün səhər saatlarında Zərdabın Xanməmmədli kəndi ərazisində aşkarlanıb.

Bildirilir ki, adıçəkilən şəxs ötən gün axşam saatlarında yoxa çıxıb. Hələlik qətl hadisəsinin kim tərəfindən və hansı səbəbdən törədilməsi məlum deyil.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda müvafiq araşdırma aparılır.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm