Anasının dəfninə gedirdi, yolda özü də öldü
Bizi izləyin

Qırmızı.az

Anasının dəfninə gedirdi, yolda özü də öldü

Bu gün səhər saatlarında baş vermiş qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Samsunun Havza mahalında qeydə alınmış hadisə zamanı 61 yaşlı Hayrettin Yüksel dünyasını dəyişib.

34 GU 8139 dövlət nömrə nişanlı avtomobillə Samsunun Tekkeköy mahalına anasının dəfninə gedən Yüksel sükanın idarə etməsini itirdiyi üçün yoldan çıxıb. Onun idarə etdiyi avtomobil bir neçə dəfə aşdıqdan sonra beton dirəyə çırpılıb. Nəticədə sürücü Hayrettin Yüksel hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan 61 yaşlı Hanife Yüksel, 54 yaşlı Erkut Çıkrıkçı və 53 yaşlı Havva Çıkrıkçı isə ağır yaralanıb.

Təcili yardım əməkdaşları vasitəsilə Havza Dövlət Xəstəxanasına çatdırılan yaralılıran vəziyyətinin kritik olduğu bildirilir. Məlumata görə, yaralılardan Hanife Yükselin vəziyyəti qəfil pisləşdiyi üçün o, 19 May Üniversiteti Xəstəxanasına yerləşdirilib. Lakin adıçəkilən şəxs əməliyyat masasına çatmamış xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm