• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Səhiyyə Nazirliyi qanunsuz fəaliyyət göstərən 4 müəssisəni bağladı

Səhiyyə Nazirliyi qanunsuz fəaliyyət göstərən 4 müəssisəni bağladı

2014-cü il ərzində 88 qanunsuz tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar olunub. Həmin müəssisələrə 75 halda cərimə tətbiq edilib, 5 halda lisenziyanın fəaliyyətinin dayandırılması və 4 halda lisenziyanın ləğv edilməsi kimi tədbirlər görülüb.

Publika.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin illik hesabatında qeyd edilir.

Hazırda respublika üzrə 600-dən çox özəl tibb müəssisəsi və kabineti fəaliyyət göstərir.

Bu il ərzində tibb müəssisələrinin və səhiyyə işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların ərizə və müraciətləri əsasında araşdırmalar aparılaraq müəyyən tədbirlər görülüb. İl ərzində Səhiyyə Nazirliyinə daxil olmuş 19 mindən artıq müraciətə baxılıb.

Bununla yanaşı, poçt vasitəsilə 645 ərizə və müraciətlərə, Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 528 məlumat araşdırılıb. İl ərzində rəhbər vəzifələrə 42 yeni kadr təyin olunub.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR