Meyvə daşıyan maşından 192 kq heroin çıxdı
Bizi izləyin

Qırmızı.az

Meyvə daşıyan maşından 192 kq heroin çıxdı

Portağal və nar yüklü TIR-da külli miqdarda narkotik maddə aşkarlanıb.

Publika.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Kapıkule gömrük məntəqəsinin əməkdaşları Moldovaya gedən TIR-da ciddi yoxlama aparıblar.

Moldova dövlət nömrə nişanlı nəqliyyat vasitəsində aparılmış yoxlamaya narkotik axtaran “Kenu” adlı it də cəlb olunub. Məhz onun sayəsində portağal və nar yüklü TIR-da ümumi dəyəri 14 milyon 500 min lirə olan 192 kiloqram 702 qram heroin aşkarlanıb. Bundan sonra Ədirnə Cümhuriyyət Prokurorluğuna aparılan nəqliyyat vasitəsinin sürücüsü məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə həbs olunan sürücü cəza evinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm