“Azərbaycanın ən layiqli adamlarını atəşə tutan jurnalistlər var”
Bizi izləyin

Qırmızı.az

“Azərbaycanın ən layiqli adamlarını atəşə tutan jurnalistlər var”

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov “Gündəlik Teleqraf” və “Publika.az”ın redaksiyasının qonağı olub.

Publika.Az-ın məlumatına görə, görüş zamanı deputat Y.Mahmudov ad gününü də redaksiyanın bir qrup jurnalisti ilə bir arada qeyd edib. Redaksiyanın fəaliyyətindən tam məmnun qaldığını vurğulayan Y.Mahmudov deyib: “İndi jurnalistlər arasında kimlərinsə mənafeyinə xidmət edərək Azərbaycanın ən layiqli adamlarını atəşə tutanları var. Eyni zamanda Azərbaycan jurnalistikasında “Gündəlik Teleqraf” və “Publika.az” kimi peşəkar media qurumları da var. Mən fəxr edirəm ki, mənim media qurumları arasında yeganə yubileyim bu gün sizin redaksiyada oldu. Buna görə də mən sizə xüsusi minnətdaram”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm