Fikrət Məmmədov Balakəndə vətəndaşları qəbul edib
Bizi izləyin

Qırmızı.az

Fikrət Məmmədov Balakəndə vətəndaşları qəbul edib

Dekabrın 30-da ədliyyə naziri Fikrət Məmmədov Balakən Rayon Mədəniyyət Mərkəzində Balakən, Qax və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəbuldan əvvəl nazir F.Məmmədov və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbula yazılış qabaqcadan başlanılaraq vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin respublikamızda məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində inşa olan müasir Şəki Məhkəmə Kompleksinə və Zaqatala rayon məhkəməsinin binasına baş çəkərək görülən işlərlə tanış olub, müvafiq tapşırıqlar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm