Leyla Əliyeva gənc istedadlarla - FOTO
Bizi izləyin

Qırmızı.az

Leyla Əliyeva gənc istedadlarla - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 30-da bir qrup gənc rəssam, uşaq evləri və internat məktəbləri nəzdində fəaliyyət göstərən yaradıcı qrupların üzvləri ilə görüşüb.

«Baku» kafesində keçirilən görüşdə Heydər Əliyev Fondu və fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi tərəfindən həyata keçirilən layihələr və müsabiqələrdə təmsil olunan, bu müsabiqələrin qalibləri olan Azərbaycan Respublikası Rəssamlıq Akademiyasının tələbələri, Bakı şəhərindəki uşaq evləri və internat məktəblərinin şagirdləri iştirak edib.

Görüşdə gənc istedadlarla həyata keçirilmiş layihələr müzakirə edilib. Bildirilib ki, fəaliyyəti çərçivəsində yaradıcı gənclərə daim dəstək göstərən Heydər Əliyev Fondu, eləcə də IDEA tərəfindən 2015-ci ildə də bir sıra yeni layihələr nəzərdə tutulur. Bu layihələr gəncləri bir arada birləşdirməklə yanaşı, onların istedadlarının inkişafına bir daha təkan verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm