Bayram günü nəyi necə yemək lazımdır?
Bizi izləyin

Qırmızı.az

Bayram günü nəyi necə yemək lazımdır?

Mütəxəssislərləri bayram günü qidalanma ilə bağlı xəbərdarlıq edir. Belə ki, bayram günü düzgün qidalanmamaq, səhhətinizdə problemlər yarada bilər.

Publika.az bayram günü nəyi necə yeməyiniz barədə bəzi məsləhətləri təqdim edir:

İlk qayda süfrəyə ac oturmamaqdır. “Onsuzda axşam yeyəcəm”düşüncəsi ilə axşama qədər heç nə yeməmək xəstəliyinə tutulmayın.

Ac olmasanız belə, iştahınıza nəzarət etməlisiniz. Gecə yeməyindən əvvəl kiçik bir buterbrod yeyin.

Yeməklə birlikdə içilən spirtli içkinin təsirinin daha aşağı olması mlum faktdır. Ona görə də, spirtli içkini içəndə ac olmamalısınız.

İçkinin bədəndə yaxşı həzm olunması üçün mütləq bol su için.

Bir qədəh spirtli içkinin tərkibində 200 kalori ar. Yemək, çərəz və şirniyyatın kalorisini də əlavə etsək, bir gecədə nə qədər çox kalori qəbul etdiyinizi təxmin etmək olar. Ona görə də, içki qədəhinə bir az buz əlavə etməyiniz məsləhət görülür. Bununla həm spirtin təsirini azaldarsınız, həm də kalori miqdarına nəzarət etmiş olarsınız.

Bundan başqa,limon suyuna batırılmış təzə tərəvəzlər kalori miqdarını azalda bilər. Cipsilər və çərəzlər yerinə meyvə, bir ovuc fındıq yeyin.

Gecə yatarkən bir stəkan su için.

Düzgün qidalanmadığınıza görə, yeni ilin ilk günü baş ağrısı ilə oyana bilərsiniz. Ağrılarınızı azaltmaq üçün gün ərzində çoxlu su və bitki çayları için, meyvə yeyin.

Ən azı yarım saat açıq havada gəzin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm