Qırmızı.az
Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub - FOTO
Dekabrın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirliyinin rəhbərliyi hospitalın həyətində ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.
Hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanışlıqdan sonra, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayramlar münasibəti ilə təbrik edib.
Müalicə alan hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib və tezliklə sağalıb Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında yeni uğurlar qazanmaq əzmində olduqlarını ifadə ediblər.
Sonda Müdafiə naziri adından hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI