Fabrikdə partlayış: 17 ölü
Bizi izləyin

Qırmızı.az

Fabrikdə partlayış: 17 ölü

Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Foşan şəhərində fəaliyyət göstərən bir fabrikdə partlayış baş verib.

Axar.az xəbər verir ki, Çinin Şanxay Xəbər Agentliyinin məlumatına görə, baş verən partlayışda 17 fəhlə həlak olub, 20 fəhlə də ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yerli saatla 09:30-da baş verən partlayışın səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Quanqdonq əyaləti Çinin ən böyük istehsal mərkəzlərindən biri olaraq tanınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm