Qırmızı.az
AMEA və “DetAl Holdinq” arasında əməkdaşlıq sazişi imzalanıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində “Daşkəsən alunit filizinin yeni üsulla emalı” layihəsi çərçivəsində “DetAl Holding” şirkətinin rəhbərliyi ilə görüş keçirilib.
Publika.az-ın məlumatına görə, AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, görüşün məqsədi ölkədə alunit emalının inkişaf etdirilməsi və bu sahədə mövcud potensialın reallaşdırılmasını müzakirə etməkdir.
Akademik, alunit filizinin yeni üsulla emalı məqsədi ilə akademiya alimlərinin elmi tədqiqatlara cəlb edilməsi təklifini və bu sahədə qarşılıqlı əlaqələrin bundan sonra da inkişafının əhəmiyyətini xüsusi qiymətləndirib.
Sonra “DetAl Holding” şirkətinin baş direktoru Sərxan Babayev şirkətin fəaliyyəti və Daşkəsən alunit filizinin emalı üsulu ilə bağlı geniş məlumat verib. Qeyd edib ki, “DetAl Holding” ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid, ilkin alüminium və yarımfabrikat məhsulların istehsalı üzrə aparıcı şirkətlər qrupudur. Alunit emalı istiqamətində DetAl Alüminium Kompleksinin yerinə yetirdiyi layihələr və bu istiqamətdə apardığı elmi-texniki araşdırmalardan danışan baş direktor gələcəkdə şirkətin fəaliyyətində AMEA-nın müvafiq institutlarının elmi-texniki potensialı və təcrübəsindən yararlanmaq imkanlarını reallaşdırmaq təklifini irəli sürüb.
Görüşdə tərəflər arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonda əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirən AMEA prezidenti, akademik Akif Əlizadə ilə “DetAl Holdinq” şirkətin baş direktoru Sərxan Babayev arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub