Hepatit C-dən xilas edən yeni dərman
Bizi izləyin

Qırmızı.az

Hepatit C-dən xilas edən yeni dərman

ABŞ-da hazırlanmış “Harvoni” adlı dərmanın Hepatit C-ni 95% müalicə etdiyi müəyyən edilib.

Publika.az-ın məlumatına görə, hələ ki, dərmanın digər ölkələrə idxalına icazə verilmir.

Qan vasitəsilə keçən Hepatit C, hazırda dərmanlarla müalicə edilir. Müalicə edilmədiyi halda isə qaraciyər serrozu, xərçənginə səbəb ola bilir.

Xəstələr bir çox hallarda bu xəstəliyə yoluxduqlarını gec öyrənir. Xəstəliyin gec aşkarlanması qaraciyər serrozu riskini artırır.

Adəçəkilən dərmandan isə xəstələr gündə bir dəfə olmaqla 2 ay qəbul etməklə xəstəlikdən tamamilə xilas ola biləcəklər. Lakin heç də bütün xəstələr bu dərmandan istifadə edə bilməz. Əvvəlcə həkimlər xəstənin bu vaxta qədər qəbul etdiyi müalicə və onun nəticələrini araşdırmalıdırlar. Dərman digər ölkələrə idxal edilmədən əvvəl xəstələrin qəbul etdiklərini müalicə üsulları müəyyən ediləcək. Bundan sonra, onun həmin ölkəyə idxalına icazə verilə bilər.

Dərmanın 2016-ci ildə Türkiyəyə gələcəyi gözlənilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm