Qırmızı.az
Qadınlar qızıl dükanını soydular
İki qadın qızıl dükanına daxil olduqdan bir müddət sonra dükanı soyublar. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Umraniyədə yerləşən qızıl dükanına baş çəkən qadınlar satıcıdan bilərzik almaq niyyətində olduqlarını bildirdikdən sonra bir neçə qızıl əşyasına baxıblar.
Təxminən, 10-15 dəqiqədən sonra onlar heç nə almadan dükanı tərk ediblər. Bilərziklərin əskik olduğunu görən satıcı dərhal dükanın təhlükəsizlik xidmətinin əməkdaşlarına bu barədə məlumat verir. Dükanın təhlükəsizlik kamerasındakı görüntülərə baxdıqda məlum olub ki, həmin qadınlar satıcının başını söhbətə qataraq bilərzikləri götürüb aradan çıxıblar. Satıcı Oqtay Şekercioğlunun sözlərinə görə, qadınlar ümumi çəkisi 60 qram, dəyəri isə 5 min lirə olan bilərzikləri bir göz qırpımında oğurlayıblar.
Hadisə ilə bağlı məlumatlandırılan polis qadınların və bilərziklərin axtarışına başlayıb. Araşdırmalar davam edir.
Vazeh
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu