Bakıda mənzildə 2 qadının meyiti tapıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda mənzildə 2 qadının meyiti tapıldı

Bakının Nərimanov və Nəsimi rayonları ərazisində mənzillərdə 2 qadının meyiti aşkar edilib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1935-ci il təvəllüdlü Bağırova Pəri Yaqub qızı bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açaraq adı çəkilən şəxsin cəsədini aşkar ediblər. P.Bağırovanın cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:19-da başa çatıb.

Bakı şəhəri, Nəsimi rayonunda isə mənzildə bağlı qapı arxasında 1955-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirilərkən Ağamalıyeva Elmira Nağı qızı huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində E.Ağamalıyevanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:14-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm