• USD 1,7001 0,00% EUR 2,0116 +0,66%
    • GBP 2,2843 +0,83% RUB 0,0290 +1,03%

Yağışlı hava davam edəcək

Yağışlı hava davam edəcək

Azərbaycan ərazisində hava şəraiti yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq.

Publika.az-ən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər bəzi yerlərdə yağıntılı, gün ərzində isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq. Dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>