28 Mall yandı - FOTO
Bizi izləyin

Qırmızı.az

28 Mall yandı - FOTO

Bu gün axşam saatlarında Bakıdakı “28 Mall” ticarət mərkəzində yanğın baş verib.

Publika.az xəbər verir ki, yanğın binanın 4-cü mərtəbəsində başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Səbayıl və Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissələrinin 4 yanğınsöndürmə briqadası və təcili yardım briqadası cəlb olunub.

Ticarət mərkəzinin yanğın baş verən mərtəbəsində olan şəxslər təxliyə olunub. Baş vermiş yanğının səbəbi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm