FHN Abşeronda silah-sursat aşkarladı
Bizi izləyin

Qırmızı.az

FHN Abşeronda silah-sursat aşkarladı

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda silah-sursat aşkarlayıb.

Publika.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda döyüş sursatları aşkarlanıb. Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursatlara baxış keçirilib. Məlum olub ki, bunlar istifadəyə yararlı 1 ədəd RQD-5 əl qumbarası və KPM-3U qurğusudur.

Sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm