İki "VAZ" toqquşdu: 1 ölü, 2 yaralı
Bizi izləyin

Qırmızı.az

İki "VAZ" toqquşdu: 1 ölü, 2 yaralı

Goranboyda avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonunda, rayon mərkəzindən 10 km aralıda yerləşən Balakürd kəndində vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəzası baş verib.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin xəsarət almış sürücüsü və avtomobildə olan sərnişin,1963-cü il təvəllüdlü Sərvan İdris oğlu Eyvazovun meyidi yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:55-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm