• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakıda kafedə partlayış oldu, iki nəfər xəsarət aldı

Bakıda kafedə partlayış oldu, iki nəfər xəsarət aldı

Bakıda kafedə partlayış olub, iki nəfər xəsarət alıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan "Bibimin kafesi" ndə 50 litrlik propan qaz balonundan qaz sızması nəticəsində partlayış hadisəsi baş verib.

Nəticədə kafenin lambirdən ibarət tavanı 30 kv.m, 1 ədəd kondinsioner və 3 kv.m sahədə əşyalar yanıb, kafenin içərisində olan 50 litrlik propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Partlayış zamanı kafenin sahibi və kafedə işləyən 1 nəfər yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR