Bakıda 59 yaşlı kişi meyiti tapılıb
Bizi izləyin

Qırmızı.az

Bakıda 59 yaşlı kişi meyiti tapılıb

Bakıda mənzillərin birində 59 yaşlı kişi meyiti tapılıb.

Pubika/az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda 1956-cı il təvəllüdlü Kamran Vəli oğlu Rəsulov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı K.Rəsulovun vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 10:38-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm