Qarabağdakı erməni əsgərləri arasında atışma: 2 ölü, 1 yaralı
Bizi izləyin

Qırmızı.az

Qarabağdakı erməni əsgərləri arasında atışma: 2 ölü, 1 yaralı

Yanvarın 2-dən 3-ə keçən gecə Azərbaycanın işğal altınada olan torpaqlarında erməni əsgərləri arasında atışma olub.

Publika.az-ın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi erməni mediasında guya Azərbaycan Ordusnunun cəbhədə təxribat törətməsi haqqında məlumatları şərh edərkən bildirib.

"Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatlar yalan və uydurmadır. Yanvarın 2-dən 3-ə keçən gecə baş verən hadisə erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyətlər nəticəsində bir-birini güllələməsidi", - nazirliyin bəyanatında bildirilir.

Qeyd edək ki, ermən saytları insident nəticəsində Karen Qriqoryan və Vardan Mkrtçyan adlı əsgərin həlak olduğunu, Volodya Harutyunyanın isə yaralanması haqqında məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm