İlham Mirzəyevin tutdurduğu şəxsin işində ekspertlər dindirilmir
Bizi izləyin

Qırmızı.az

İlham Mirzəyevin tutdurduğu şəxsin işində ekspertlər dindirilmir

Bu gün Yasamal Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Bu gün Yasamal Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Publika.Az xəbər verir ki, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Asif Əliyevin avtomobilini saxladığı avtodayanacağın işçisi Muxtar Məmmədov ifadə verib. O deyib ki, hadisə baş verən günü Asif Əliyev avtomobili ilə dayanacaqdan çıxmayıb. Onun sözlərinə görə, uzun illərdir avtodayanacaqda işləyir və orada olan bütün avtomobilləri tanıyır.

Daha sonra prokuror Rizvan Soltanov Asif Əliyevin vəkillərinin qaldırdıqları vəsatətlərə münasibət bildirib. Prokuror rusiyalı ekspertlərin məhkəməyə çağırılması ilə bağlı vəsatətin təmin edilməməsini istəyib. Prokuror İlham Mirzəyevin avtomobilinin hadisənin baş verdiyi qeyd olunan vaxtda Bülbül prospektində radara düşməsi ilə bağlı müdafiə tərəfinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi arayışa da münasibət bildirib. Prokuror deyib ki, həmin arayışı müdafiə tərəfinin sorğusu əsasında əldə olunub. O, qeyd edib ki, məhkəmədə həmin arayışı əldə etmək üçün yol polisinə sorğu göndərməlidir.

Hakim Respublika Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərilməsi ilə bağlı prokurorun vəsatətini təmin edib. Hakim rusiyalı ekspertlərin məhkəməyə çağırılması ilə bağlı vəsatəti təmin etməyib. Məhkəmə iclası fevralın 19-da davam edəcək.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm