"Hər kağızı bir yarpağa dəyişək"
Bizi izləyin

Qırmızı.az

"Hər kağızı bir yarpağa dəyişək"

IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" birgə layihəsi davam edir.

Publika.Az-ın verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində kütləvi aksiya keçirilib.

Keçirilən aksiyada dövlət orqanlarının, qeyri-hökümət təşkilalarının, özəl şirkət və müəssisələrin iştirakı ilə kütləvi şəkildə kağız tullantılarının mərkəzlərdə toplanılması baş tutub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov, IDEA-nın layihə direktoru Anarə İsmayılova və “Təmiz şəhər” ASC –nin idarə heyətinin sədr müavini Fuad Babayev aksiyanın mahiyyəti və məqsədləri barədə ətraflı məlumat veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm