İlin ilk iş gününün hava proqnozu
Bizi izləyin

Qırmızı.az

İlin ilk iş gününün hava proqnozu

Azərbaycan ərazisində mülayim hava şəraiti Yeni ilin ilk iş günündə də davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gecə arabir güclənəcək. Gündüz isə cənub-qərb küləyi əsəcək, gücləcənək.

Havanın temperaturu gecə 1-4 , gündüz 7-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Aran rayonlaında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm