Fazil Mustafa: "Biz əsrlər boyu uydurulmuş bir din yaşadıq"
Bizi izləyin

Qırmızı.az

Fazil Mustafa: "Biz əsrlər boyu uydurulmuş bir din yaşadıq"

Millət vəkili Fazil Mustafa Facebook səhifəsində din haqqında öz təəssüratlarını bölüşüb. Publika.az millət vəkilinin fikirlərinin maraq kəsb edəcəyini nəzərər alaraq diqqətinizə çatdırır:

İngilis satirik yazar Samuel Batlerin (1835-1902) "Reyçehə qayıdış" ("Heç yer" ifadəsinin tərsinə yazılışı) adlı əsəri var. Hiqqs adlanan bir adam Reyçeh adlanan uzaq, tanınmaz, qapalı bir ölkəyə düşür, o burada bir müddət yaşayır, xeyli əziyyətdən sonra hava şarı ilə bu ölkədən qaçıb qurtula bilir. 20 ildən sonra təkrar bu ölkəyə qayıdan Hiqqs reyçehlilərin yeni bir dinə tapındıqlarını görür. Reyçehlilər bu dinin yaradıcısının Günəş Oğlu adı verdikləri Hiqqs olduğunu deyir, onun bu dini gətirdikdən sonra yaşamaq üçün göylərə çəkilib getdiyinə inanırdılar.

Hiqqs bura çatanda, yerli adamlar onun göyə yüksəlməsi ilə bağlı olan bayramı qeyd etməyə hazırlaşırdılar. O, gizlincə iki yerli professorun danışığına qulaq asır, bu professorlar bir-birinə yerli adamların dedikləri Hiqqs deyilən kimsəni heç vaxt görmədiklərini, heç görə bilməyəcəklərini də danışırlar; ancaq onların hər ikisi də Günəş Oğlu dininin ən başlıca ruhaniləri sayılırlar. Hiqqs eşitdiklərindən bərk sarsılır, onlara yaxınlaşıb deyir: "Mən indi hər şeyi açıb xalqa danışacaq, sizin bu fırıldağınızın üstünü açacağam, Günəş Oğlunun mənim özüm, yəni bir insan olduğunu da, buradan hava şarında uçub getdiyimi də onlara başa salacağam."

Ancaq Henki və Penki adlanan bu ruhani-professorlar onu inandırmağa çalışırlar: " Siz gərək bunu etməyəsiniz, bu ölkənin bütün əxlaqı Günəş Oğlu mifinə bağlıdır, birdən bu Reyçehlilər sizin göylər yüksəldiyinizi bilsələr, onlar ucdantutma yaramazlıqlara qurşanacaqlar." Onların dedikləri Hiqqsin ağlına batır və o səssizcə bu ölkədən çıxıb gedir.

Endirilmiş dinlə Uydurulmuş dinin fərqini izah edən bu qədər mükəmməl bir əsərə rast gəlmədim. Batlerin yaşadığı dövrdə Azərbaycanı tanıdığı barədə faktım olsaydı, hətta bizim məmləkəti nəzərdə tutduğunu da ehtimal edərdim. Çünki Vətənim Azərbaycandakı əsrlərcə formalaşmış inanc dəyərlərinə xeyli dərəcədə uyğun gələn bir təsvirdir. Biz əsrlər boyu mahiyyətinə varmadan uydurulmuş bir din yaşadıq və bu gün də nəyinsə mahiyyətə uyğun gəlmədiyini söylədiyində dərhal çıxıb dedilər ki, üstünü vurmayın, artıq bu ənənəmiz pozulsa, qafamız qarışacaq, əxlaqımız alt-üst olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm