Rusiyada əkiz uşağa hamilə olan azərbaycanlı qadın güllələndi
Bizi izləyin

Qırmızı.az

Rusiyada əkiz uşağa hamilə olan azərbaycanlı qadın güllələndi

Rusiyanın Nijni Novqorod vilayətində Azərbaycan diasporunun üzvü Rasim Quliyevin həyat yoldaşı öldürülüb.

Publika.az-ın “nnov.kp.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsindən bildirilib.

Öldürülən qadın hamilə olub və bu ay əkiz uşaqları dünyaya gətirməli idi. Onun iki həddi-buluğa çatmamış uşağının qaldığı bildirilir.

Hadisə vilayətin Kanavinsk rayonunda baş verib. Binanın birinci mərtəbəsində yerləşən mənzildəki sərxoş kişi yuxarıdakı qonşusunun uşaqlarının çox güclü səs saldığını iddia edib. Qırx yaşlı hamilə qonşusu ilə davadan sonra kişi seyfdəki ov tüfəngini götürərək yenidən yuxarı qalxıb və qonşusunun qapısına atəş açıb. Bu zaman hamilə qadın qapının arxasında olub. Qadın yerindəcə dünyasını dəyişib.

İstintaq komitəsindən verilən məlumata görə, 49 yaşlı kişi saxlanılıb. Müstəntiqlər onun silah saxlamaq icazəsi olduğunu müəyyənləşdiriblər. Bununla belə, hamilə qadının qətlinə görə onu ömürlük azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm