800 manatlıq kontur oğurladı
Bizi izləyin

Qırmızı.az

800 manatlıq kontur oğurladı

21 yaşlı gənc mağazadan xeyli miqdarda telefon danışıq kartı oğurlamaqda şübhəli bilinir

Göygöl polisi oğurluq faktının üstünü açıb. 21 yaşlı gənc mağazadan xeyli miqdarda telefon danışıq kartı oğurlamaqda şübhəli bilinir.


Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, fevral ayının 6-sı gecə saatlarında Göygöl şəhərində mağazaların birində oğurluq hadisəsi baş verib.


Ticarət obyektindən 800 manat dəyərində telefon danışıq kartları oğurlanıb. Polisin bir həftə davam edən əməliyyat axtarış tədbirləri öz bəhrəsini verib. Müəyyən edilib ki, mağazadan danışıq kartlarını 21 yaşlı Göygöl sakini oğurlayıb.


Füzuli Yusibov - müstəntiq: “Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyən edilib ki, həmin oğurluq hadisəsini Göygöl şəhərində yaşayanCəmilli Vidadi Cəmil oğlu törədib. Həmin şəxsin yeri müəyyən edilərək istintaqa təqdim olunub. Onun oğurladığı danışıq kartları götürülüb”.


Borcunu qaytarmaq üçün oğurluğa əl atan Vidadi Cəmilli əldə etdiyi danışıq kartlarını satmaqda o qədər də çətinlik çəkməyib. 21 yaşlı gənc yaxın dostunu ustalıqla aladadaraq həmin kartların satışını həyata keçirib.


Vidadi Cəmilli - saxlanılan şəxs: “Rüfət adında bir uşaq var. Ona dedim işləmişəm, əvəzində mənə kontur veriblər. Bir adam tap, sataq. O da başqa bir uşaq tapdı, onunla Sevinc qəsəbəsində satdıq”.


Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır. Vidadi Cəmillinin başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm