Ata və oğulu maşın vurdu
Bizi izləyin

Qırmızı.az

Ata və oğulu maşın vurdu

Gecə saatlarında Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Bağmanlar yaşayış massivində qeydə alınıb.

62 yaşlı Aydın Məhərrəmov və oğlu 25 yaşlı Muraz yolu keçmək istəyərkən VAZ markalı avtomobil onları vurub.

Zərərçəkənlər qohumlarının köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra xəstələrin vəziyyəti normallaşıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm