Cakkuzidə yaxalanan çılpaq oğru – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Cakkuzidə yaxalanan çılpaq oğru – FOTOLAR

Amerikanın Oreqon ştatının Kayzer şəhərində yerləşən şəxsi evdə çılpaq kişi yaxalanıb. Publika.az xarici mətbuata verdiyi məlumata görə, o, şəxsi evlərdən birinə qanunsuz daxil olaraq, orada spirtli içki qəbul etdikdən sonra cakuzzidə uzanıb.

Ev sahiblərinin olmadığı müddətdə mülkə nəzarət edən qadın yataq otağında çılpaq kişini aşkar etdikdən sonra hüquq mühafizə orqanlarına zəng edib. Maraqlısı odur ki, kişinin geyimləri həmin küçədə yerləşən başqa bir evdən tapılıb.

İlkin məlumata görə, 24 yaşlı Gilyermo Brambila qanunsuz şəkildə iki evə soxulub. Evlərin birində o, geyimini çıxararaq orada qoyub, digərində isə ev sahibinə məxsus spirtli içkini içib və cakuzzidən yararlanaraq duş qəbul edib.

Gilyermo oğurluq məqsədi ilə yaşayış yerinə qanunsuz şəkildə daxil olduğu üçün günahkar hesab olunub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm