Bakının 3 rayonunda su olmayacaq
Bizi izləyin

Qırmızı.az

Bakının 3 rayonunda su olmayacaq

Sabah Bakının bir hissəsində su olmayacaq.

Bu barədə Publika.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, olimpiya stadionunun yaxınlığında yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən 1400 mm diametrli magistral su kəmərinin köçürülməsi ilə əlaqədar 7 yanvar 2015-ci il tarixində gün ərzində Sabunçu, Nizami və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm