• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələdi

Polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələdi

Silahla ehtiyatsız davranan polis məmuru son nəticədə özünü güllələyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Kentukki əyalətinin polis mərkəzində çalışan məmur Darli Jouet və həyat yoldaşı restoranda şam etdikdən sonra evlərinə getmək üçün liftə miniblər. Elə hadisə də məhz bu zaman baş verib.

Belə ki, restoranın liftinin təhlükəsizlik kamerasında qeydə alınan görüntüdən belə qənaətə gəlmək olar ki, polis məmuru mobil telefonunu cibinə qoyduqdan sonra tapançasını çıxararkən atəş açılıb. Ehtiyatsızlıqdan silahın tətiyinə basan polis özünü mədəsindən ağır yaralayıb. Səhvən özünü güllələyən polis dərhal dizi üstə oturub və bu zaman şokda olan həyat yoldaşı olub-bitənləri seyr etməklə kifpyətlənib. Polis əməkdaşının həyat yoldaşı yalnız bir neçə dəqiqədən sonra özünə gəlib və dərhal təcili yardım çağırıb. Hadisə yerinə həmçinin polislər də gəlib.

Ağır yaralanan polis əməkdaşı Cincintani Universitetinin tibb fakültəsinin xəstəxanasına yerləşdirilib. Hələ ki, polisin vəziyyətinin stabil olduğu bildirilir.

Vazeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR