Qırmızı.az
Metroda iş qrafiki dəyişə bilər
“Bakı Metropoliten”i havanın soyuması və qarın yağması xəbərdarlığı ilə əlaqədar hazırlıq görüb.
Bunu Publika.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, metropoliten havanın soyuması ilə əlaqədar görülə biləcək işlərin planını hazırlayıb.
“Qarın yağmasıyla yeraltı nəqliyyatda ciddi problemlər yaşanmasa da, Metropolitenin yerüstü ərazilərində müəyyən tədbirlərin görülməsinə ehtiyac olur. Məsələn, Nəriman Nərimanov yaxınlığındakı depo açıq havadadır. Qatarlar hər səhər yerin üstü ilə gəlib metroya daxil olurlar. Həmin yerüstü yolların təmizlənməsi və qarlı havalara qarşı qabaqlayıcı tədbirlər görülür”.
Metropoliten rəsmisi onu da bildirib ki, qar və buzlaşma nəzərə alınaraq əməkdaşlara xüsusi tapşırıqlar da verilib:
“Metronun girişində buzlaşmanın insanların hərəkətinə mane olması nəzərə alınaraq müvafiq tədbirlər görüləcək. Giriş-çıxışlarda insanların yıxılıb xəsarət almaması üçün qabaqlayıcı tədbirlər görüləcək. Həmin tədbirlər sırasında pilləkənlərin mütəmadi təmizlənməsi nəzərdə tutulub. Həmçinin pilləkənlərdən kənar ərazilər və depodan gələn yolların təmizlənməsi üçün lazımi avadanlıqlar alınacaq”.
Yolların buzlaşması nəzərə alınaraq metroda iş qrafikinin artırılmasına gəldikdə, N.Paşayev bunu istisna etməyib:
“Bu vaxta qədər təcrübədə belə bir hal müşahidə edilməsə də, ehtiyac olarsa, qrafik uzadıla bilər. Havaların soyuması digər nəqliyyat vasitələrinin işinə təsir edəcəksə, dövlət səviyyəsində qərar qəbul edilə bilər. Metropoliten iş saatının artırılmasına hazırdır”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabah axşam saatlarından başlayaraq temperaturun enəcəyi, sulu qar və yağacağı ilə bağlı xəbərdarlıq edib.
Gülxar
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?