• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanda güclü zəlzələlərin ola biləcəyi zonalar

Azərbaycanda güclü zəlzələlərin ola biləcəyi zonalar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində potensial gücə malik seysmogen zonaların adlarını açıqlayıb.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli Trend-ə bildirib ki, ilk dəfə olaraq Azərbaycanda güclü zəlzələlərin baş vermə mümkünlüyü üzrə zonaların xəritələri hazırlanıb. Həmin xəritələrdə potensial gücə malik seysmogen zonalar qeyd edilib.

Onun sözlərinə görə, həmin zonalar Böyük Qafqazın cənub-şərq yamacı, Şamaxı-İsmayıllı, Gəncəbasar zonaları, şimal-qərb zonası (Şəki, Zaqatala, Balakən), şimal zonası (Quba, Siyəzən, Dəvəçi), Talış zonası, Naxçıvan Muxtar Respublikası və Xəzər dənizinin Azərbaycan sektorudur. Ən güclü zəlzələ zonası isə Şamaxı-İsmayıllı zonası hesab edilir.

Q.Yetirmişli deyib ki, potensial gücə malik seysmogen zonalar, demək olar ki, bütün ölkə ərazisini əhatə edir: “Ümumiyyətlə, Azərbaycan özü seysmoaktiv bölgədə yerləşir. Alp-Himalay seysmik qurşağı Azərbaycandan da keçir. Zonalar var ki, həmin ərazilər maksimum 7-8 bala hesablanıb. Amma asseysmik zona söhbəti yoxdur, yəni ölkədə zəlzələdən heç tərpənməyən sahələr yoxdur”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR