Sabah bu rayonlarda qaz olmayacaq - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Sabah bu rayonlarda qaz olmayacaq - SİYAHI

Sabah bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

Publika.az ARDNŞ-nin saytına istinadən məlumat verir ki, yanvarın 7-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Yaşma” Qazpaylama stansiyasında, eləcə də bir neçə ölçü qovşağında, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Hacıqabul-1” və “Kürdmaşı”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Kövər”, Astara Magistral qaz kəmərləri sahəsinin “Lerik” və “Yardımlı” Qazpaylama stansiyalarında, həmçinin qaztənzimləmə məntəqələrində təmir işləri aparılacaq.

Təmir müddətində Xızı rayonunun Yaşma və Giləzi, İsmayıllı rayonunun Hacıhətəmli, Kürdmaşı, Aşıq Bayram və Qarakollu, Yevlax rayonunun Kövər-1, Malbinəsi, Qoyunbinəsi, Kolanı, Hacımahmudlu və Quzanlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Lerik və Yardımlı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm