FHN Bakıda 2 nəfər azyaşlını xilas edib
Bizi izləyin

Qırmızı.az

FHN Bakıda 2 nəfər azyaşlını xilas edib

Bakı şəhərinin Xətai rayonunda 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Bakı şəhərinin Xətai rayonunda 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Publika.az-ın verdiyi məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, giriş qapısının təsdüfən kilidlənməsi nəticəsində azyaşlılar bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə 4-cü mərtəbədəki qonşu mənzilin eyvanından enməklə daxil olublar.

Xilasedicilər mənzildə nəzarətsiz qalmış uşaqları aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm