• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Rövşən Lənkəranski “qanuni oğru” adından məhrum edildi

Rövşən Lənkəranski “qanuni oğru” adından məhrum edildi

Xəbər verdiyimiz kimi, İrəvan yaxınlığında “qanuni oğruların” böyük “sxodka”sı (toplantı) keçirilib.

“Oğrular” əvvəlcə Moskvada toplaşmağa qərar veriblər. Lakin Rusiya paytaxtında təhlükəsizlik tədbirləri gücləndirildiyi üçün “sxodka”nın ünvanı dəyişdirilib və İrəvanda keçirilməsinə qərar verilib.

Toplantıda 100-dən yuxarı “qanuni oğru” iştirak edib. İştirakçıların çoxu qafqazlı “oğrulardır”. Lakin bu dəfə xeyli slavyan mənşəli “vor zakon” da İrəvana təşrif buyurub.

Publika.az “Rosbalt” agentliyinə istinadən xəbər verir ki, nüfuzlu oğrular Robinzon Arabuli (ləqəbi Robinzon), Georgi Uqlava (Taxi), Zaxari Kalaşov (Şakro Molodoy),Oleq Şişkanov (Şişkan) və digərlərinin iştirakı ilə keçirilən “sxodka”da belə qərara alınıb ki, 2008-ci ildən sonra bir çoxlarına “qanuni oğru” adı verilərkən lazımi prosedurlara əməl edilməyib, “ailə”yə daxil olan namizədlərin kimliyi dəqiq öyrənilməyib. Odur ki, onların “qanuni oğru” statusu sual altına düşüb. Bu müddət ərzində “qanuni oğru” adı almış 240-250 nəfər bundan sonra “vor zakon” yox , “stremyaqa” (“qanuni oğru” adına namizəd) sayılacaqlar.

Gözlənildiyi kimi, “sxodkada” Aslan Usoyan (Ded Xasan) klanının nümayəndələri müzakirəyə Rövşən Canıyev və Cemal Mikeladzenin məsələsini çıxarıblar. Nəticədə, onların hər ikisinin titulu əllərindən alınıb.

Kriminal müharibələrin əsas iki iştirakçıları olan Merab Canqveladze (Merab Suxumskiy) və Tariel Oniani (Taro) haqda qərar isə onlar həbsdən çıxdıqdan sonra veriləcək.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR