"Sahil"dəki qətli törədənin kimliyi bəlli olub
Bizi izləyin

Qırmızı.az

"Sahil"dəki qətli törədənin kimliyi bəlli olub

Ötən gün «Sahil» metrostansiyası yaxınlığında baş vermiş dəhşətli qətli törədən şəxsin kimliyi bəlli olub.

Səbail Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovu qətlə yetirən, onun dostu 22 yaşlı Orxan Məmmədzadəni isə ağır yaralayan şəxsin kimliyi artıq bəllidir.

"Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət hadisəsini törətmiş şəxsin kimliyi müəyyənləşdirilib. Lakin bu, istintaq sirri olduğundan cinayəti törətməkdə şübhəli bilinən şəxs hələ yaxalanmadığından onun kimliyini açıqlamaq mümkün deyil".

İdarədən bildirilib ki, Həsən Həsənovun başı kəsilməyib, o, ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib.

Xatırladaq ki, dünən axşam saatlarında «Sahil» metrosu yaxınlığında mərhum Həsən Həsənov və onun dostu Orxan Məmmədzadənin naməlum şəxslə mübahisəsi yaranıb. Bir qədər sonra davaya çevrilən mübahisə zamanı Həsən Həsənov qətlə yetirilib, Orxan Məmmədzadə isə ağır bədən xəsarəti alıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən Orxan Məmmədzadə hazırda komadadır.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm