Qırmızı.az
Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür
Azərbaycan Respublikasının əhalisinin sayı ötən il 120,6 min nəfər və yaxud 1,3 faiz artaraq 2014-cü ilin əvvəlinə 9477,1 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata
görə, 2013-cü ildə əhalinin sayının ümumi artımı əsasən təbii artım
hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə
olunub və bu amil əhalinin ümumi artımının 1,8 faizini təşkil
edib.
Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfər təşkil
edir. Əhalinin ümumi sayından 53,2 faizi şəhər, 46,8 faizi kənd
sakinlərinin, 49,7 faizi kişilərin, 50,3 faizi isə qadınların
payına düşür və hər 1000 kişiyə 1012 qadın düşür.
Ötən il Azərbaycanda doğulanların sayı ölənlərin sayından 118,3 min
nəfər çox olub. Belə ki, 2013-cü ildə ölkədə 172,6 min körpə
doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,6
təşkil edib. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini
qızlar təşkil edir. Körpələrin 2270-i əkiz, 42-si isə üçəm
doğulub.
Ölkə əhalisinin təkrar istehsalı təmin olunaraq, uşaq doğma
qabiliyyətinə malik qadınların bütün ömür boyu hər birinə orta
hesabla 2,2 doğulmuş uşaq düşür.
Ötən il ərzində ölkədə ölənlərin sayı əhalinin hər 1000 nəfərinə
hesabı ilə 2012-ci il ilə müqayisədə 6,0-dan 5,8-ə qədər
azalıb.
2013-cü il ərzində ölkədə 86,9 min nikah və 11,7 min boşanma halı
qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilə
nisbətən nikahların sayı 8,6-dan 9,3-ə qədər, boşanmaların sayı isə
1,2-dən 1,3-ə qədər artıb.
Ölkədə gənclərin problemlərinin həllinə yönəldilmiş dövlət
siyasətinin uğurla həyata keçirilməsi, yeni iş yerlərinin açılması
və gənclərin iqtisadiyyata daha çox cəlb olunması ilə əlaqədar
əvvəllər Azərbaycandan xaricə qazanc üçün getmiş gənclər Vətənə
qayıdırlar. 2013-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya
Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq
üçün 3,1 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə
alınıb. 2012-ci illə müqayisədə 2013-cü ildə Azərbaycana daimi
yaşamaq üçün gələnlərin sayı 957 nəfər və ya 44,1 faiz artıb.
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın