Zahid Qaralov vəfat etdi
Bizi izləyin

Qırmızı.az

Zahid Qaralov vəfat etdi

İctimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Zahid Qaralov vəfat edib.

Bu barədə “Report”a onun yaxınları məlumat verib.

Z.Qaralov dünyasını Almaniya xəstəxanalarından birində dəyişib.

Qeyd edək ki, məşhur 91-lərdən olan Z.Qaralov Azərbaycanın baş prokuroru Zakir Qaralovun əmisidir.

Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini bitirib.

1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm