Kürdəmirin baş memarı həbsdən azad olundu
Bizi izləyin

Qırmızı.az

Kürdəmirin baş memarı həbsdən azad olundu

Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Sarif Əsgərov azadlığa buraxılıb.

Rayon icra hakimiyyətindən Teleqraf.com-a verilən məlumata görə, S.Əsgərov bir neçə gün öncə azadlığa buraxılıb. Onun zaminə buraxıldığı bildirilir.

Qeyd edək ki, S.Əsgərov Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı yol verilən mənimsəmə faktı üzrə həbs edilmişdi. Mənimsəmə barədə Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı “Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalovun S.Əsgərovla əlbir olub qeyd edilən avtomobil yolunun tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat dəyərində işləri yerinə yetirmədən həmin işlərin görülməsi barədə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Cinayət işində Kürdəmir rayon İcra Hakimiyyətinin keçmiş başçsı İrşad Əliyevin şahid kimi tanındığı bildirilir.

Qeyd olunur ki, S.Əsgərov keçmiş başçının səyi nəticəsində azadlığa buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm