“Avtovağzal” stansiyası nə zaman açılacaq? - XƏBƏR
Bizi izləyin

Qırmızı.az

“Avtovağzal” stansiyası nə zaman açılacaq? - XƏBƏR

“Avtovağzal” stansiyasında təmir-tikinti işləri başa çatıb, maksimum qısa zamanda stansiyanı sərnişinlərin istifadəsinə verməyi planlaşdırırıq. Amma görüləsi iş çoxdur”.

Bunu Publika.az-a açıqlamasında “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, stansiyanın tam istifadəyə verilməsi üçün bir sıra işlər yekunlaşmalıdır: “Stansiyanın istifadəyə verilməsi üçün tamamlama işləri aparılır. Lakin nə zaman istifadəyə verilməsi tarixi dəqiq bəlli deyil. Hazırda bu məsələ üzərində müzakirələr gedir. Metronun işi elədir ki, əvvəldən dəqiq gün demək mümkün deyil. Stansiyada bəzi işlər tamamlanmayıb. Məsələn, əlillərin rahat hərəkəti üçün lazım olan avadanlıqlar, rabitə sistemi, idarəetmə və işarəvermə xidməti, bəzi elektrik avadanlıqları quraşdırılmayıb. Bundan başqa, vaqonlar gətirilməyib. Lakin eskalatorlar artıq quraşdırılıb. Tikinti işləri tam başa çatıb. İşlərin qısa zamanda yekunlaşması üçün çalışırıq”.

N.Paşayev digər stansiyalardakı təmir işlərinin hələ davam etdiyini bildirib. Təmir işlərinin nə vaxt başa çatacağı məlum deyil.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm