• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bu gün ərzində üçüncü partlayış baş verib: Ölənlər var

Bu gün ərzində üçüncü partlayış baş verib: Ölənlər var

Biləsuvar rayonunda güclü partlayış olub.

Rayonun Heydər Əliyev prospektində Naxçıvan sakini Cəfərov Şahin Həsən oğluna məxsus yanacaq daşıyan qoşqulu “Kamaz” markalı maşın partlayıb.

Partlayışın təsirindən “Kamaz” 10 metr göyə qalxaraq parçalanıb. Sürücü Şahin Cəfərli və qaynaqçı, Biləsuvar rayon sakini Poladov Əjdər Ziyad oğlu hadisə yerindəcə dünyasını dəyişiblər.

Bir nəfər Biləsuvar rayon sakini, 1970-ci il təvəllüdlü Təzəxan Poladov isə yaralı halda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir. /Qaynar.inf/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR