Ötən gün Bakıda gəncin başını kəsən şəxsin kimliyi bəlli oldu
Bizi izləyin

Qırmızı.az

Ötən gün Bakıda gəncin başını kəsən şəxsin kimliyi bəlli oldu

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidməti ötən gün Bakının mərkəzində baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 6-da paytaxtın Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs tərəfindən Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Nəticədə H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Polis və prokurorluq orqanlarının həyata keçirdikləri operativ tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxsin Bakı şəhərində yaşayan Elçin Çobanov olması müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm