• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İlk qarın kəraməti - FOTOLAR

İlk qarın kəraməti - FOTOLAR

İki gündür ki, hidrometeoroloqların bu günə olan kəskin hava şəraiti proqnozu bəzi dövlət qurumlarını əməlli-başlı işə sövq edib. Hətta deyərdim ki, əhalini də bir az qorxudub. Xülasə, bu gün işə gələrkən, proqnoz verildiyi kimi, şiddətli olmasa da, ilk qarın müşayiəti ilə yol boyu bir neçə şəkil çəkməyi qərara aldım. Maraqlı anlarla rastlaşmadım deyə bilmərəm.

Ötənilki tənqidləri gözə alan Sumqayıt Şəhər İcra Hakimiyyəti ilk qar dənəcikləri yerə dəyməmiş qartəmizləyən texnikanı şəhərin əsas girəcəyində hazır vəziyyətdə saxlayıb. Bəyənilsin , “Facebook” təbirincə desək, buna bir “like”.

Yolboyu ikinci təəccüb - 365 günün əksər hissəsini tıxacda keçirdiyim Sumqayıt-Bakı yolu tıxacsızdır. İnanılası kimi deyil. Axı adətən, indi bu yolda tıxac olmalıydı. Məsələ aydındı, hidrometeoroloqlarımıza minnətdar olmaq gərək. Həftənin ilk günündən kəskin hava şəraiti ilə bağlı verilən proqnoz icra strukturlarını məsuliyyətli olmağa sövq etdiyi kimi, əhali də ehtiyatlı davranıb, hər evdən 3 yox, 1 maşın çıxıb.

Günün axırı necə bitəcək, onu bilmirəm, amma bu pozitiv səhər üçün Bakı və Sumqayıta yağan ilk qara bir təşəkkür düşür.

Elçin MURAD

Fotolar müəllifindir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR